12 KƏNDİN İŞĞALDAN AZAD EDİLMƏSİNDƏN ÜÇ İL KEÇİR

0

Bu gün Azərbaycan ordusunun Zəngilan, Füzuli ,Cəbrayıl və Qubadlı istiqamətlərində qazandığı bir neçə uğurdan üç il keçir.

2020-ci ilin oktyabrın 28-də Zəngilanın Birinci Ağalı, İkinci Ağalı və Zərnəli kəndləri işğaldan azad olunub.

Həmin tarixdə Füzuli istiqamətində daha bir kənd – Mandılı kəndi erməni işğalçılarından təmizlənib.

Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri də eyni tarixdə işğaldan azad olunan kəndlər siyahısında yer alır.

Qubadlının isə 3 kəndində – Qiyaslı, Əbilcə və Qilicanda işğala son qoyulub.

Qeyd edək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Twitter” ataraq xalqa çatdırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV QAZAXISTANLI HƏMKARINA BAŞSAĞLIĞI VERİB

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb. Bu barədə President.az xəbər verir. Məktubda deyilir: “Hörmətli Kasım-Jomart Kemeleviç. Qazaxıstanın Karaqanda vilayətindəki...

Bağla