Türkiyənin Erzincan vilayətində hafizlik təlimini uğurla başa vuran Əsmanur Şəkər müqəddəs Quranı bir gündə xətm (başdan sona qədər oxuyub) edib.
Yerli mətbuatın xəbərinə görə, Əsmanur Şəkər “Sünbül Validə” Quran kursunda sübh namazından sonra başladığı xətmi, işa namazından sona başa vurub.
“Təqribən 2 ildə hafizlik təlimini başa vuraraq Quranı əzbərlədim. Allah müəllimlərimdən razı olsun. Xətm etməyi nəsib edən Rəbbimə sonsuz həmd olsun. Hafizlik təlimi müddətinə mənə dəstək verən müəllimlərimə və ailə üzvlərimə təşəkkür edirəm.” – deyə Əsmanur Şəkər bildirib.