MÜNAQİŞƏNİN ZƏRƏRLƏRİ

0

Bir gün Rəsullah (s.ə.s) Qədir gecəsini xəbər vermək üçün evdən çıxmışdı. Məscidə gəldikdə əshabdan iki nəfər aralarında münaqişə edirdilər. Peyğəmbərimiz:

«‒Mən sizə Qədir gecəsinin nə vaxt olduğunu xəbər vermək üçün çıxmışdım, belə ki ikinizin arasında münaqişə etdiyinizə şahid olunca verəcəyim xəbər mənə unutduruldu. Ehtimal ki bu hal haqqınızda daha xeyirlidir. Artıq Qədir gecəsini (iyirmincidən sonrakı) yeddinci, doqquzuncu və ya beşinci gecələrdə axtarın!» buyurdu. (Buxari İman, 36)

Bu iki şəxs ibadət və zikr yeri olan məsciddə münaqişə etdilər, Allah Rəsulunun hüzurunda səslərini yüksəltdilər. Halbuki Allah Qurani-Kərimdə belə buyurur:

“Ey iman gətirənlər, səslərinizi Peyğəmbərin səsindən yuxarı qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın! Yoxsa, özünüz də fərqinə varmadan əməlləriniz boşa çıxar.” (Hucurat, 2)

Bu səbəbə görə Qədir gecəsinin tam vaxtını bilmək mümkün deyil.

Demək ki münaqişə etmək düzgün əməl deyil. Bu iki şəxsin də Allah Rəsulunun hüzurunda etdikləri hörmətsizlik səbəbindən bütün möminlər cəzalandırıldı.

Dr. Murat Kaya

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏR RAYONUNUN İMAMBİNƏSİ KƏNDİNDƏN VİDEOGÖRÜNTÜLƏR – VİDEO

Kəlbəcər rayonunun İmambinəsi kəndindən video-görüntülər yayılıb. İslamveirfan.com xəbər verir ki, video-görüntüləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Həmin görüntüləri oxucularımıza...

Bağla