15 İYULUN İLDÖNÜMÜNDƏ TÜRKİYƏDƏKİ MƏSCİDLƏRDƏ SALA OXUNACAQ

0

15 iyul Türkiyədə baş vermiş dövlət çevrilişinin il dönümündə ölkədəki bütün məscidlərin minarəsindən sala oxunacaq.

Yerli mətbuatın yaydığı xəbərə görə, bu barədə Türkiyə Diyanət işləri rəhbərliyi bəyanat yayıb.

Bu bəyanata görə, ölkədəki bütün məscid və Quran kurslarında 15 iyul hadisələrində şəhid olanların ruhları üçün Quran xətm ediləcək, cümə namazı xütbələrində 15 iyul barədə məlumatlar veriləcək. Həmçinin 15 iyuldan 16 iyula keçən gecə saat 00.13-də bütün məscidlərin minarələrindən sala oxunacaq.

Xatırladaq ki, 2016-cı il 15 iyul tarixində hərbi formalı bir qrup terrorçu Türkiyədə hakimiyyəti ələ keçirməyə cəhd edib. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək və ölkəni ələ keçirmək idi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“BİR MİLLƏT, İKİ DÖVLƏT” “BİR MİLLƏT, ÜÇ DÖVLƏT” ANLAYIŞINA ÇEVRİLİB”

“Bir millət, üç dövlət xeyli müddətdir gündəmə gətirdiyimiz məsələdir. Bu, səfərin vacib məqamlarından biri məhz bu idi. Qısa, lakin çox...

Bağla