Türkiyədə 17 yaşlı gənc müqəddəs Qurani-Kərimi 100 gün ərzində başdan sona qədər əzbərləyərək Hafiz titulu qazanıb.
Əslən Şanlıurfa vilayətindən olan Halil Çiftçi üçün, İstanbul şəhəri Bayrampaşa rayonunda yerləşən “Yeşil Cami” Quran kursinda mərasim təşkil edilib.
Yaşadığı Şanlıurfadan hafizzlik təlimi üçün İstanbula gəldiyini deyən Halil Çiftçi, zəhmət çəkən müəllimlərə də təşəkkürünü bildirib.