2021-Cİ İL MÜQƏDDƏS ÜÇ AYLAR NƏ VAXT BAŞLAYIR?

0

İçində rəcəb, şaban və ramazan aylarının olduğu “üç aylar” fevral ayının 13-də, bu həftə şənbə günü başlayır.

İslamveirfan.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı namaz təqvimində bildirilir.

Üç ayların mənəvi iqlimindən, feyz və bərəkətindən istifadə etmək istəyən möminlər 12 fevralı 13 fevrala bağlayan gecə mübarək mövsümü idrak edəcəklər.

Müqəddəs üç aylar 12 ayın sultanı olan ramazana hazırlıq iqlimidir. Bu aylarda möminlər namaz, oruc, sədəqə və s. bu kimi ibadətlərini çoxaldaraq Uca Allaha yaxın olmağa çalışırlar.

Şaban ayının martın 14-də, ramazan ayının isə aprelin 13-də başlayacağı ehtimal edilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ROMA PAPASI QARABAĞDAN DANIŞIB

“Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”. Bunu Roma Papası Fransisk bu gün Vatikanda akkredite olunan diplomatik korpus rəhbərləri qarşısında nitqi...

Bağla