2023-cü ilin oktyabrından bəri ölən fələstinlilərin sayı 39 minə yaxınlaşıb

0

2023-cü ilin oktyabr ayının əvvəlindən İsrail hərbi qüvvələrinin əməliyyatları nəticəsində 39 minə yaxın fələstinli ölüb, 90 minə yaxın insan isə yaralanıb.

Bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrail qüvvələrinin Qəzza zolağını davamlı bombardman və top atəşi altında saxlaması nəticəsində 38 983 fələstinli ölüb, 89 727 nəfər isə yaralanıb”, – məlumatda deyilir.

Qurumun məlumatına görə, təkcə son sutka ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrinə hücumları zamanı 64 nəfər ölüb, 105 nəfər yaralanıb.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRDƏ LEYSAN XARAKTERLİ YAĞIŞ YAĞIB, ŞİMŞƏK ÇAXIB

Saat 11:00-a olan məlumata görə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Milli Hidrometeorologiya...

Bağla