Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycanda səfərdədir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, türkiyəli nazir Azərbaycanda həyata keçirilən “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimini izləmək və ikitərəfli danışıqlar aparmaq üçün Bakıdadır.
Yaşar Güləri hava limanında Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər hərbi nümayəndələr qarşılayıb.
Report