Müsəlmanların üçüncü müqəddəs məscidi Məscidi-Aqsada dünən gecə 280 000 mömin təravih namazı qılıb və dua edib.
Bu barədə Qüds “İslami Vəqflər İdarəsi” məlumat yayıb. Məlumatda bildirilir ki, çox sayda mömin ramazanın 27-ci gecəsində Məscidi-Aqsa ərazisində təravih namazı qılıb.
Yerli mənbələr isə çox sayda müsəlmanın İsrail polisinə aid nəzarət-buraxılış məntəqələrindən keçə bilmədiyin qeyd edib.
دعاء ليلة القدر في #المسجد_الأقصى .#ليله_27 #ليله_القدر_خير_من_الف_شهر pic.twitter.com/5jUszz8SaV
— المسجد الأقصى (@AqsaMosq) April 18, 2023