“30 İLƏ YAXINDIR DAVAM EDƏN QARABAĞ MÜNAQİŞƏSİ BAŞA ÇATIB”

0

“30 ilə yaxındır davam edən Qarabağ münaqişəsi başa çatıb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Nazirlər Şurasının iclasında deyib.

“Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanatın imzalanması silahlı münaqişəyə son qoydu və Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün mühüm parametr oldu”, – nazir bildirib.

Nazir əlavə edib ki, Azərbaycan münaqişədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti işlərinə başlayıb.

“Yalnız bu il dövlət büdcəsindən bu məqsədlər üçün 1,3 milyard manat vəsait ayrılıb”, – o əlavə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV DÜNYA ŞÖHRƏTLİ ALİM ƏZİZ SANCARI QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı...

Bağla