“30 illik işğaldan sonra Can Azərbaycanla birlikdə Qarabağı azadlığına qovuşdurduq”

0

“30 illik işğaldan sonra biz Can Azərbaycanla birlikdə Qarabağı azadlığına qovuşdurduq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə Ankaranın Türk dövlətləri ilə əlaqələr daha da möhkəmlənib: “Ortaq tarix, dil, inanc və mədəniyyətə sahib olduğumuz ölkələrlə yenidən qucaqlaşdıq. Biz “harada bir vətəndaşımız varsa, oradayıq” prinsipi ilə Rumelidən Qafqaza qədər heç bir qardaşımızı boynu bükük qoymadıq. Türkiyə çərkəzlər, tatarlar, qaqauzlar, türkmənlər, ahıskalılar, özbəklər və uyğurlar da daxil olmaq tarix boyunca dara düşən hər qardaşına dəstək olub”.

R.T.Ərdoğan bildirib ki, həmçinin Türk Hava Yolları, Anadolu Ajansı, TRT sayəsində Türkiyənin dünya ölkələri ilə humanitar və ticarət əlaqələri daha möhləmlənib: “Kızılayımız, AFAD-ımız, vətəndaş cəmiyyətlərimizlə dara düşən vətəndaşlarımızın imdadına çatdıq”.

Resim

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan: “İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”

“Türk dövlətləri ilə, xüsusən də qardaşım İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir”. Bunu Türkiyə Prezidenti Rəcəb...

Bağla