BDU İlahiyya fakultəsi, I kurs tələbəsi
1) Sizcə ideal bir gənc necə olmalıdır?
İdeal bir gənc mənəvi milli dəyərlərə bağlı olub hər yerdə, hər zaman nəinki öz xalqının, dövlətinin eyni zamanda insanlığın səadəti, xoşbəxtliyi üçün çalışan, mənəviyyata , əxlaqa sahib bir gənc olmalıdır.
Qısaca, ideal gənc ideal insan olmağa çalışmalıdır.
2) Azərbaycan gənclərinin ən problemi nədir və necə həll etmək olar?
Mənəvi milli dəyərlərimizdən uzaqlaşdırılma gənclərin ən mühüm problemidir. Bu gün həyatın bir çox sahələrində insanlığa maddi hisləri aşılayan həyat yaşadılır. Azərbaycan gənclərinin Azərbaycan qala həyatının hər anı maddi hislərin təşviqi ilə keçməkdədir.
Maddi hislərin coşdurulması əvəzinə, mənəviyyatmıza milliliymizə, özümüzə qayıdacağımız bir həyatın içinə atılmaq bu problemin həlinin başlanğıcı da ola bilər.
3) Bir gənc kimi üzərinizə düşən vəzifəni icra etdiyinizə inanırsınızmı?
Zamanla gənclərmizə lazımı qayğının olmaması və sistemli təhsilin yoxluğu bir çox gənclər kimi mənimdə üzərimə düşən vəzifənin nöqsanlı icarsına gətirib çıxarır. İstər orta, istər ali təhsil zamanı bir sıra neqativ halların, sistemsizliyinin olması gənclərmizin öz layiqli yarini tutmamasına və nəticə etibarı ilə vəzifəsini layiqincə icra etməməsinə yol açmaqdadır. Bu isə gənclərmizin özünə inamının azalmasıyla nəticələnməkdədir.
Samir Həmzəyev
Xəzər Universiteti Hüquq fakultəsi, III kurs tələbəsi
1) Sizcə ideal bir gənc necə olmalıdır?
Məncə “Ideal bir gənc həm mənəvi, həm də maddi tərəfdən özünü mükəmməl bir səviyyədə formalaşmaq iddiasında olan bir gəncdir.” Əgər bir gənc elm cəhətindən müəyyən qədər uğur qazanmış fəqət mənəviyyat baxımından kasaddırsa Bu gənc bir ulduz ola bilər fəqət günəş kimi yox. Deməli həm elm, həm də vicdan baxımından biz bütün olmalıyıq.
2) Azərbaycan gənclərinin ən problemi nədir və necə həll etmək olar?
Təəssüf ki. Müasir gəncliyimiz arzu olunmaz bir həyat yaşamaqda və bununla yanaşı bir çox problemlərlə qarşılaşmaqdadır.
“Diplomlu işsizlərin” gündən-günə artması göz önündədir. Əgər gələcək üçün sağlam bir gənclik yetişdirmək istəyiriksə, ilk növbədə gəncliymizi mənəvi baxımdan daha kamil formalaşdırmağa çalışmalıyıq.
3)Bir gənc kimi üzərinizə düşən vəzifəni icra etdiyinizə inanırsınızmı?
Hal hazırda tələbə olduğum üçün əsas vəzifəm bu gün sabahımı işıqlandırmaq üçün mənə yaradılmış bütün imkanlardan maksimum səviyyədə istifadə etmək, hər tərəfli bir gənc kimi özümü yetişdirməyə çalışmaqdır. Hər zaman buna müvəffəq olmasam belə daim bu düşüncə içində olmağa çalışıram. Və aşağıdakı iki misrayla bütün gənclərə səslənərək. Bizim kim olduğmuzu bir daha xatırlatmaq istərdim;
Ey gənc sənsən mənim yeni sabahlarıma doğacaq bir ümüd səhəri.
Ey gənc sənsən mənim Vətənimin üfüqlərində parlayacaq zəfər günəşi.
İrfan dərgisi
irfandergisi.com