EVLİLİKDƏN ƏVVƏL NƏYƏ DİQQƏT ETMƏLİYİK?

0

Evlənmək istəyən şəxs sosial mediadakı mesajlar və paylaşdıqlarını silmək məcburiyyətində qalırsa burda hər hansı bir problem var deməkdir. Yoldaş namizədinin görməsindən utanılacaq şeylər əslində Rəbbimizdən həya etməyimizin lazım olduğunu xatırlatmalıdır.

Həyatında təmiz bir səhifə açmaq istəyən bəzi gənclər keçmişdə etdikləri səhvlər üzündən çətin vəziyyətdə qala bilərlər. Dedi-qodu və söz-söhbətlər, yoldaş namizədlərinin içinə vəsvəsə və fitnə soxmalar, qısqanclıq və həsəd, daha yuva qurulmadan, ya da Allah qorusun  qurulduqdan sonra cütlərin arasında ciddi problemlər yaradadır.

Bu və bənzəri problemlərin yaranmaması və ürək rahatlığı üçün, izah etməkdən və izah edilməsindən çəkinilməyəcək bir mazi ilə evliliyə addım atılmasının əhəmiyyətini gənclərimizə izah etməliyik.

Buna görə qızların və oğlanların həmcinsləriylə yoldaşlıq etmələrini bir müddət ailələrindən saxlanmalarını istəyərək edilən evlilik təkliflərinin ciddi qəbul edilməməsini tövsiyə etməliyik. Əksinə niyyətində ciddi olan şəxs bu istəyinin həm öz, həm də qarşı tərəfin ailəsi tərəfindən bilinməsini istəməlidir.

Özünüzü fərqli tanıtmaq, qalıcı və ciddi qüsurları gizlətmək, şəffaf və dürüst olmamaq da başqa bir problemdir. Əgər mazisində əxlaqi baxımdan islam prinsiplərinə qarşı  müəyyən xətalar varsa, əvvəlcə onlar üçün tövbə edilməlidir, sonra namizədin həyat yoldaşını aydın şəkildə paylaşmalıdırlar.

Başqalarından eşidilmə ehtimalı olan şeylər haqqında heç bir qayğıkeş və ya utanmaz davranışlar olmamalıdır. Ömür boyu birlikdə olmağa niyyət edən şəxsin risk alaraq yuva qurmağı həm özünə, həm yoldaşına haqsızlıq etdiyi mənasına gələ bilər­­­­. Namizədi tanımaq üçün soruşulan suallara ətraflı cavab verilməli, eşqbazlıq edilməməlidir.

EVLİLİK NAMİZƏDİ İLƏ GÖRÜŞMƏK

Xülasə, gənclərin fikirlərinə güvəndiyi kəslərlə və ailələriylə lazımlı müzakirələrini etdikdən sonra qarşı tərəfə görüş təklifini etməsi daha yaxşı olar. Təklif alan tərəfin də müzakirələrini tamamlandıqdan sonra görüş reallaşmalıdır. Bir-birləri haqqında doğru-dürüst fikir sahibi olmayan gəncləri tanış etmək, hər iki tərəfin psixologiyası baxımından problemli ola bilər. Bəyənilməmək, bəyənmədiyimi ifadə etmək və s.  kimi  qapı açılmış olar… Müzakirədən sonrakı görüşmənin də evliliklə nəticələnməyəcəyi unutulmamalıdır.

Görüş, tərəflərdə müsbət təəssürat yaradarsa, ətraflı araştırmalardan sonra ailələr görüşərək, söz-nişan mərhələsinə keçilir. “Söz-nişan”, tərəflərin bir-birinə söz vermələri mənasını daşıyır, ancaq məhrəmiyyət və halallığı ifadə etməz.

TƏVAZÖKAR VƏ KÜLFƏTSİZ EVLİLİKLƏR YOLUMUZNU AYDINLATMALIDIR

Bu səbəblə “nikah əqdi” reallaşana qədər bir-birini yaxından tanıma uğruna xəlvət görüşmək və s. kimi haramlara düşməkdən çəkinilməlidir. Yenə bu müddətdə qurulmaq istənən evliliyin problemli olduğuna dair etibarlı bəhanələr ortaya çıxarsa tərəflərin nəzakət və qul haqqı prinsiplərini nəzərə alaraq ayrıla biləcəkləri unudulmamalıdır. Həqiqi problemlər nişandan əvvəl edilən müzakirələrdə aşkara çıxmayan problemlərdir.  Əks təqdirdə, tərəflərin maddi və dünyəvi istəkləri xoşagəlməz olmalıdır, ümməti olmaqla öyündüyümüz Peyğəmbər əfəndimizin s.ə.s və Əshabi-kiramın təvazökar və külfətsiz* evlilikləri yolumuzu aydınlatmalıdır.

Nişanlıykən fərq edilən probleml\r ört-basdır edilməməli, əksinə nikahdan sonra ayrılmaqdansa, bu dövrdə vasvası müşahidələr və fikir alış-verişləri edilməlidir.

Peyğəmbər əfəndimzin (s.ə.s) : “Xeyirli işləri görməkdə tələsin.” (Müslim, İman, 186) buyruğuna rəğmən maddi imkanın mükəmməlliyi uğruna nikah geciktirilməməli; nəzər, həsəd və s. fitnələrdən çəkinilməlidir.

EVLİLİKDƏN ƏVVƏL DUAYA SARILMALIYIQ

Həyatımızın hər mərhələsində olduğu kimi evlilik əvvəlində də duaya sarılmalı, Rəbbimizdən bu ayədə buyurulan göz aydınlığı niyazında israr edilməlidir. Mömin qullar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladacaq qadınlar və uşaqlat nəib et və bizi təqva sabiblərindən et.”,  deyərlər (əl-Furqan, 74).

Ayrıca yuva qurulma mərhələsində israfdan çəkinilərək gənclərin borc yükləri ilə ən gözəl illərinin kölgələnməsinə səbəb olunmamalıdır. Rəbbimiz evlilik kimi müqəddəs bir müəssisənin Qərbdəki kimi azalması və nikahsız olaraq bir arada yaşamaların çoxalması üçün qəsdən və planlı işlərin edildiyi çağımızda, göz nuru nəsillər yetişdirəcək İslam yuvalarının sayını çoğaltsın.

  • israfsız, çox xərcsiz

Qaynaq: Didar Erdem, Şebnem Dergisi, 110. Sayı

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANLI MÜƏLLİMİN ÖZBƏKİSTANDA BÖYÜK UĞURU – FOTO

Özbəkistanda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutun elmi işçisi Zaur Orucov və tələbələrinin əsərlərindən ibarət sərgi keçirilib.

Bağla