5 ƏSRLİK OSMALI RAMAZAN ƏNƏNƏSİ MAHYA BU İL DƏ QURAŞDIRILACAQ

0

Koronovirusla mübarizə səbəbindən bütün dünyadakı məscidlərdə kütləvi ibadətlər dayandırılsa da, Türkiyədəki məscidlərdə 5 əsrlik Osmanlı ramazan ənənəsi bu il də yaşadılacaq. Yerli mətbuatın yaydığı məlumata görə İstanbuldakı bəzi məscidlərdə “mahya” nümayiş ediləcək.

Mahya ənənəsi sultan I Əhməd dövründə, “Sultan Əhməd” məscidində başladılıb və 450 ildir hər ramazan ayında davam edir.

Mahya – ən azı iki minarəsi olan məscidlərdə minarələrin arasında bağlanmış iplərdə işıqlarla yazılan yazıdır. Burada əsasən Quran ayəsi, Hədisi-Şərif və ya ramazan ayının əhəmiyyəti barədə sözlər yazılır.

Daha əvvəl mahyalar yağ qəndilləri ilə, cumhuriyyətin qurulmasından sonra elektrik lampası ilə işıqlandırılır.

Mahyalar İstanbul ilə yanaşı Bursa, Konya və Ədirnə şəhərindəki bəzi məscidlərdə də quraşdırılır.

Qeyd edək ki, “Şəfa ayı ramazan”, “Şəfa Səndən ya Şafi”, “Oruc tut sağlam ol” və s. bu kimi sözlərlə bu ilin mahya mövzusu sağlamlıq olacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NAMAZI QƏZA ETMƏYİN HÖKMÜ NƏDİR?

Namazı vaxtında qılmağa əda, vaxtından sonraya saxlamağa qəza deyilir. Bir səbəb olmadan namazı qəzaya saxlamamaq lazımdır. Allah-Təala belə buyurur: “Namazı...

Bağla