5 AYLIQ FASİLƏDƏN SONRA İRAQDA MƏBƏDLƏR İBADƏTƏ AÇILIR

0

Qlobal pandemiya səbəbindən mart ayından bəri İraqda qapalı olan ibadət məkanlarının açılmasına qərar verilib. İraq rəsmi xəbər agentliyinin məlumatına görə, bu batədə hökumətə bağlı operativ qərargah qərar qəbul edib.

Bu qərara görə pandemiyanın şərtlərinə riayət edilməsi şərti ilə məscidlər və s. ibadət məkanları yenidən istifadəyə verilib. Bu məkanlar əcnəbilərin ziyarətlərinə hələlik qapalı olacaq.

Bundan başqa ölkədəki oyun-əyləncə parklarının da açılacağı bildirilib.

Qeyd edək ki, İraqda 319 min nəfər kovid-19 virusuna yoluxub, 8 555 nəfər isə bu səbəbdən dünyasını dəyişib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV: “İSLAMOFOBİYA ERMƏNİSTANIN DÖVLƏT SİYASƏTİDİR”

“Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Ölkəmizdə bir çox tədbirlər keçirilib. Biz həmişə çalışmışıq ki, müsəlman ölkələrinə kömək...

Bağla