Şimali İraqın Mosul şəhərində keçirilən əməliyyatda separatçı PKK/YPG terror qruplaşmasının 5 üzvü Pilotsuz Uçan Aparat (PUA) ilə vurularaq məhv edilib.
İslamveirfan.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Şimali İraq Yerli Kürd Muxtariyyətinə başlı Anti-Terror departamenti məlumat yayıb.
Məlumatda bildirilir ki, PUA vasitəsilə vurulan terrorçulara aid avtomobildə bir nəfəri qadın olmaqla ümumilikdə 5 terrorçu zərərsizləşdirilib.