50 Müsəlmanı Qətl Edən 50 Müsəlmanı Qətl Edən Terrorçunun Əlaqəli Olduğu Təşkilatın Adı Ortaya ÇıxdıTerrorçunun Əlaqəli Olduğu Təşkilatın Adı Ortaya Çıxdı

0

Avstriyanın baş naziri Sebastian Kurz Yeni Zelandiyada 50 nəfəri qətlə yetirən terrorçu ilə Avstriyadakı “Kimlikçilər hərəkatı” arasında maliyyə dəstəyi və əlaqə olduğunu açıqlayıb.

Bildirilir ki, Kurz Yeni Zelandiyada iki məscidə terror hücumu təşkil edən Avstraliya əsilli terrorçu ilə ifrat sağçı “Kimlikçilər hərəkatı”nın sözçüsü Martin Sellnerin əlaqəsinin ortaya çıxarıldığını bildirərək “Yeni Zelandiyadakı hücumu təşkil edən adamla Avstriyadakı Kimlikçilər hərəkatı arasında maliyyə dəstəyi və əlaqə olduğu aşkar edilib.” deyib.

Əlaqənin ətraflı şəkildə araşdırılacağı qeyd edən Kurz “Kimlikçilər hərəkatının bağlanılmasına dair Daxili İşlər və Ədliyyə nazirləri ilə görüşdüm. Bu quruluşa qarşı hər iki nazirlik də bütün imkanlarını səfərbər edəcək” deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AVSTRİYA MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASI TERRORÇU BRENTON TARRANTIN BU ÖLKƏDƏKİ ƏLAQƏLƏRİ İLƏ BAĞLI İCLAS KEÇİRƏCƏK

Yeni Zelandiyada müsəlmanlara qarşı terror törətmiş Brenton Tarrantın Avstriya ilə əlaqələri ölkə gündəmində əsas xəbərlər sırasındadır. Ölkənin Federal Kansleri terrorçunun...

Bağla