500 İLDƏN SONRA İSPANİYADAN AZAN SƏSLƏRİ YÜKSƏLDİ (VİDEO)

0

İspaniyada koronovirusla mübarizə edən həkimlərə dəstək vermək məqsədilə bu ölkədə yaşayan müsəlmanlar azan oxumaq kampaniyası başladıb. Sosial şəbəkələrdə Madrid, Qranada, Seuta kimi şəhərlərdə başladılan kampaniyaya görə, cümə günləri axşam 19.30-da evlərin pəncərə və eyvanlarından səhiyyə işçilərinə dəstək vermək üçün azan oxunacaq.

Madridin Lavapies məhəlləsindəki “Banqladeşli Müsəlmanlar Cəmiyyəti” açıqlama yayaraq bu mübarizədə yerli ictimaiyyətlə birlikdə kürək çəkdiklərini deyib.

“Evdə qalın qərarını pozmadan keçmiş tövsiyyələri xatırlama və ya yenilərini kəşf etmək hissini geri qazana bilərik. Verdikləri xidmətlərlə bizim səhhətimizi qoruyanlara təşəkkür etmək üçün müsəlmanlara cümə günü axşam saat 19.30-da azan oxumaları üçün çağırış edildi.”

Müsəlman təşkilatları həmçinin social şəbəkələrdə koronovirusla mübarizənin dini, bayrağı və mədəniyyəti olmadığını vurğulayıblar.  

Artıq ötən həftə cümə günü bu kampaniya başlayıb və social şəbəkələrdə bu kampaniyanı əks etdirən videolar rəğbətlə qarşılanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ MƏSCİDLƏRDƏ AZANDAN SONRA DUA OXUNDU (VİDEO)

Türkiyədə koronovirusla mübarizə çərçivəsində məscidlərdə işa (yatsı) azanından sonra səsgücləndirici ilə dua edilib. İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin...

Bağla