6 ADDIMDA ETİBARLI OL

0

Şəxsiyyət dilimizin ən çətin qazanılan əsas ün­sür­lərindən beşincisi “etimad edilən bir şəxsiyyət mə­qamı”na sahib olmaqdır. Keyfiyyətli bir dostluq, atalıq, analıq, müdirlik, idarəçilik və liderlik ancaq etimad tə­məl­ləri üzərində qurula bilər.

Şəxsiyyətimizə etibar edilməsi yaşadığımız cə­miy­yətin bizə verdiyi ən böyük ərməğanlardan biridir. Bir mütəfəkkirin ifadəsilə desək: “Etibar edilmək se­vil­mək­dən daha böyük bir iltifatdır.”

Etibar işləri və münasibətləri asanlaşdırır. Mü­vəf­fəqiyyətə gedən yolda insana ən böyük dəstəkdir. Stefan R. Covaninin aşağıdakı fikirlərinə qoşulmamaq müm­kün deyil:

“Yüksək etimad olduğunda ünsiyyət necə olur? Asan, zəhmətsiz, öz-özündən. Bəs bir də etimad edi­lir­kən siz xəta etsəniz necə? Heç nə olmaz. İnsanlar sizi artıq tanıyır. “Fikir vermə, anlayıram”, “Unut getsin”, “Nə demək istədiyinizi bilirəm, sizi tanıyıram”. İndiyə qədər icad edilmiş heç bir texnika bunu edə bilməz. Bəlkə də bir mənada qəlbin beyindən daha əhəmiyyətli ol­masının səbəbi də budur. İnsan beyin ölümü keçirə bilər, ancaq qəlbi hələ qan vurursa, yaşamağa davam edər;  qəlbiniz öldükdə siz də ölürsünüz. Oğlum Ste­fanın dediyi kimi: “Etibarın sürətinə çatacaq başqa bir şey yoxdur.” Yəni ağlınıza gələ biləcək hər şeydən daha sürətlidir. İnternetdən daha sürətlidir, çünki eti­bar varsa,xətalar bağışlanır və unudulur. Etibar hə­yatın bağıdır. Etibar insanları, mədəniyyətləri və mü­na­sibətləri bir-birinə bağlayar.”

Əmanətlər, sirlər, böyük vəzifələr və ən səmimi hisslər ancaq etibar edilən şəxslərə verilir. Məhz buna görə də bütün peyğəmbərlərin ortaq vəsfi etibarlılıq (əl-əmin) olmuşdur.         

Ər-arvad bir-birinə etbar etməsə, ailədə mehri­ban­çılıq və xoşbəxtlik olmaz. İşçi-işəgötürən, idarəçi-idarə edilən, dövlət və millət arasında bir-birlərinə qarşı eti­mad olmasa, uzun müddət birlikdə hərəkət etmək mümkün olmaz.

Etibar qazanmayan şəxsin söz və davranışları təsir­li deyildir. Danışdığı sözə və gördüyü işə hər zaman eh­tiyatla yaxınlaşılır. Bu baxımdan şəxsiyyətimizə eti­barlılıq amilinin yerləşməsi xarakterimizi in­ki­şaf etdirəcək, söz və davranışlarımıza səviyyə qazan­dı­ra­caq­dır.

Şəxsiyyət dilinin bu əsas ünsürünü qazanmaq üçün aşağıdakı mərhələlərdən keçmək lazımdır:

1.Doğru sözlü olmaqda əzmkarlıq nümayiş et­dirmək. Yalan söz etibarı zədələyən ən böyük virusdur.

2.Açıq sözlü və səmimi olmaq. İkiüzlü insanla­rın etibar qazanması qeyri-mümkündür.

3.Şərtlər nə olursa olsun, verdiyi sözün üstündə durmaq. Bu, etibar qazandıran ən mühüm davranışdır. Etibarı heç bir hərəkət söz verib üstündə durmamaq­dan daha sürətli yox edə bilməz.

4.Başqalarının fikirlərinə hörmət göstərməklə on­ları anlamağa çalışmaq. Yalnız öz bilik və düşüncəsinə bağlı qalan kimsələr özlərinə qarşı etibar qazana bil­məz­lər.

5. Sadəcə öz mənfəətinə deyil, başqalarının da haqq və hüququna, mənfəətinə hörmət göstərmək.

6. Xüsusilə başqalarının haqq və hüquqlarını onlar olmadıqları yerlərdə də müdafiə etmək.

İnancımıza görə də “mömin insan” etibar edilən insan olmalıdır. Əlindən və dilindən başqalarının əmin ol­madığı şəxs həqiqi bir “İslam insanı” adına layiq de­yildir.

Belə ki, bir gün Allah Rəsulu -sallalahu aleyhi və səlləm- öz aralarında oturub söhbət edən bir qrup sə­ha­bəylə rastlaşmış və onların yanında oturaraq onlara aşa­ğıdakı mövzuda belə bir söhbət açmışdır:

-Ən yaxşı və ən pis olanınızı sizə tanıtmağımı istəyirsiniz?”

“-Bəli, ey Allahın Elçisi!”, -deyə cavab vermişlər. Bundan sonra Peyğəmbərimiz beyə buyurmuşdur:

“-Ən yaxşınız o şəxsdir ki, ondan fayda umulur və zərər gəlməyəcək deyə ona etibar edilir. Ən pi­si­niz isə, faydası umulmayan və zərərindən əmin olun­ma­ya­nı­nız­dır.”

Könlünüzü ancaq etibar etdiyiniz insana açarsınız. Dər­dinizi və sevincinizi onunla bölüşərsiniz. Etbarsız­lıq yalnızlıqdır. Yalnızlıq isə əksər hallarda bədbəxtlik və stresin əsaslarından biridir. Etibar edilən şəxslər ət­raflarından hər zaman müsbət enerji alarlar. Onlar, tə­sirli, hörmətli və etibarlı insanlardır. Bu baxımdan eti­bar­lılıq peyvəndi vurulmamış xarakterlərin şəxsiyyət dil­ləri inkişaf etmiş sayılmır.

ŞƏXSİYYƏT DİLİ VƏ  LİDERLİK, ADEM ERGÜL

İPƏKYOLU NƏŞRİYYATI

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CAN VƏ MAL

Bu fani dünyaya imtahan üçün göndərilən insan oğluna lütf edilən dəyərlərin başında ilk öncə “can və mal” gəlir.

Bağla