72 YAŞLI İNGİLİS MÜSƏLMAN OLDU…- GÖZLƏNİLMƏZ- FOTO

0

İngilislər də İslama aşiq olur, bizlər isə hələ də dinimizə qorxa-qorxa yanaşırıq…

72 yaşlı Kliff Peter Barber 14 il Türkiyənin Muğla əyalətində yaşayıb. Bu illər ərzində ingilis İslam həyat tərzi ilə tanış olub və ruhuyla müsəlman ənənələrinə bağlanıb. Barber bu yaxınlarda Fethiye şəhər məscidində kəlmeyi-şəhadəti oxuyub və özü üçün yeni bir ad seçib – Cəmil. İngilis müsəlman jurnalistlərə “Peyğəmbər və İslam haqqında çox oxuduqdan sonra bu dinə aşiq oldum” söyləyib. Fethiye müftisi yeni müsəlmana müqəddəs Quran və digər dini ədəbiyyat nüsxələrini bağışlayıb.

Xatırladaq ki, ötən ilin noyabrında 10 ildən bəri Bodrumda yaşayan 72 yaşlı İngiltərə vətəndaşı Terens Kinkeyd də müsəlmanlığı qəbul edərək özünə Harun adını seçib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜBARİZ QURBANLI: XOCALI SOYQIRIMINI TÖRƏDƏNLƏR BU CİNAYƏTƏ GÖRƏ CAVAB VERMƏLİ OLACAQLAR

Biz bir an belə Xocalı soyqırımını unutmamalıyıq və bütün dünyanı da məcbur etməliyik ki, bunu yaddaşına həkk etsin.

Bağla