Haramın zərərləri nələrdir? Elmi təcrübələr nəticəsində əldə edilən bir analizdə, İslmada haram olan içkinin insan DNT’sini pozduğu və zərər verdiyi qənaətinə gəlinmişdir. Haramın insan DNT’sində yaratdığı zərərlər.
Qurani-Kərimədə belə deyilir:
Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Maidə, 90)
Amerika Birləşmiş Ştatlarında Rutgers Universitetində aparılan araşdırmada spirt almanın, xüsusən də bədənin bioloji saatına (PER2) və streslə mübarizəyə (POMC) nəzarət edən genlərə zərər verdiyi aşkar edilmişdir.
“Alkoqolizm: Klinik və Eksperimental Tədqiqat” jurnalında nəşr olunan araşdırmaya görə bu zərər daha da çox spirt istehlakına səbəb olur.
Tədqiqatçılar spirt alıcı fərdlərin bu iki genində dəyişikliyin müşahidə olunduğunu və bədənin metilləşmə adlanan bioloji bir proses zamanı hər iki genin pozulduğunu təsbit edib.
Alkoqol istifadə edənlərin genlərində yeni protein istehsalının yavaşladığı da müəyyən edilmişdir.
Tədqiqatları davam etdirən alimlər, bu məlumatların spirtin nəyə görə çox asılılıq riski olduğunu başa düşməyə kömək etdiyini deyilər.