90 MİN ƏSGƏRİN ŞƏHİD OLDUĞU SARIKAMIŞ FACİƏSİNİN İL DÖNÜMÜDÜR

0

Bu gün Türkiyədə, Qars vilayətinin Sarıqamış bölgəsində 90 min Osmanlı əsgərinin şəhadəti ilə nəticələnən Sarıkamış faciəsinin 108-ci il dönümüdür. 

Məlumata görə, Osmanlı dövləti Rusiya imperiyasının hərbi təcavüzünü dəf etmək məqsədilə 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 15-dək Türkiyənin şərqində Sarıkamış əməliyyatını həyata keçirib. Bölgədəki “Allahu-Əkbər” dağında şaxtalı hava şəraitində Osmanlı ordusunun çoxlu sayda hərbçisi dəhşətli şaxtadan donaraq və aclıqdan həlak olub. Türk xalqına sarsıdıcı zərbə olan bu faciə Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olmasının əsas səbəblərindən biri kimi qəbul edilir.

Sarıkamış savaşı Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya Müharibəsi dövründə Sarıqamış bölgəsində baş vermiş ən dəhşətli hərbi münaqişədir.

Birinci Dünya Müharibəsi Türkiyənin düşdüyü çətin vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan etdi. Cənub-Şərqi Anadolunun azad olunması üçün Osmanlı dövləti yeni – 9-cu Qafqaz cəhbəsini yaratmalı oldu. Hərbi nazir Ənvər paşanın hazırladığı plana əsasən, Sarıkamışa iki istiqamətdən – Sarıkamış və “Allahu-əkbər”  dağlarından hücum edərək, Qafqazda rus qoşunlarına zərbə endirməli idi. 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər.

Sarıkamış Türkiyənin cənub-şərqində, Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir, ilin altı ayı qar olur, yayı isə qısa və sərin olur. 

Sarıkamışı Səlcuq komandanı Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-79-cu illərdə Balkan müharibəsində itirmişdi. O vaxtdan həmin bölgə 1920-ci ilə qədər çar Rusiyasının işğalı altında olub. Şanlı Türk ordusu bütün çətinliklərə baxmayaraq, 1920-ci ildə Sarıkamış torpaqlarını düşmən işğalından əbədi azad edib. 

Türkiyənin əsrarəngiz təbiətə malik Sarıqamış vilayətində indi geniş qış turizmi fəaliyyət göstərir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANA QIŞ FƏSLİ DAXİL OLUB

Azərbaycana qış fəsli gəlib. Ölkəyə qış fəsli dekabrın 22-si saat 01:48-də daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti...

Bağla