Gürcüstan məhkəməsi Batumidə yeni məscidin inşasına qoyulan qadağanı ləğv edib

0

Gürcüstanın Batumi şəhər məhkəməsi müsəlman icmasının yeni məscidin tikintisi ilə bağlı iddiasını qismən təmin edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, məhkəmə Batumi meriyasının məscidin inşasına icazə verməməsini müsəlman icmasına qarşı diskriminativ hesab edib.

Məhkəmə meriyanın müvafiq qərarını ləğv edib və şəhər rəhbərliyini sənədlərə yenidən baxmağa çağırıb.

Müsəlman icmasının məscidin tikintisinə icazənin verilməsi ilə bağlı müraciəti isə qəbul edilməyib. Hakim Cumber Bejanidze bildirib ki, tikintiyə məhkəmə deyil, Batumi meriyası icazə verməlidir.

Batumi meriyasının nümayəndələri məhkəmə iclasında iştirak etməyiblər.

İcma üzvləri və Gürcüstanın Müsəlmanlar Birliyi məhkəmənin qərardan razı qaldıqlarını bildiriblər. Müsəlman icması məscidin inşası ilə bağlı hüquqi müstəvidə mübarizənin davam etdiriləcəyini deyiblər.

Qeyd edək ki, Batumidə yeni məscidin inşası ilə bağlı məhkəmə prosesi 2017-ci ildən davam edir. Son üç ayda məhkəmə iclasları bir neçə dəfə təxirə salınıb.

Batumidə yeni məscidin tikintisi ilə bağlı mübahisə 2013-cü ildə başlayıb. Şəhərdə fəaliyyət göstərən yeganə məscid müsəlmanlara kifayət etmir. Belə ki, onların əksəriyyəti dini ibadətlərini məscidə yaxın küçədə yerinə yetirir.

2017-ci ildə şəhərin müsəlman icması məscid üçün 3 min kvadratmetr sahəyə malik torpaq sahəsi əldə edib. Lakin Batumi meriyası həmin ərazidə tikililərin sıx olduğunu əsas gətirərək məscidin inşasına icazə verməyib. Müsəlman icması meriyanın qərarını əsassız və diskriminativ hesab edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏR ŞEY SƏNDƏN BAŞLAYIR!

Məşhurlardan birinin dediyi kimi: “həyat velosipedin üzərində yıxılmamaq üçün tarazlığı qorumaqdır”. Bu həyat yolunda idarə etdiyimiz həyat velosipedinin üzərindən yıxılmaq...

Bağla