QURANI XƏTM EDƏN ƏLİL UŞAQLAR ÜMRƏYƏ GÖNDƏRİLDİ

0

Türkyənin Hakkari vilayətində Qurani-Kərimi işarə dili ilə başdan sona qədər oxuyan eşitmə məhdudiyyətli uşaqlar ümrə ziyarətinə göndərilib. Bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Məlumatda bildirilir ki, eşitmə məhdudiyyətli 7 uşaq 4 il əvvəl vilayət müftülüyü tərəfindən Mərkəz Bələdiyyə məscidində təşkil edilən kurslarda iştirak etməyə başlayıblar.  Uşaqlar həmin kurslarda dini bilikləri və işarə dili ilə Quran oxumağı öyrəniblər. Məscidin din xadimi Yasin Aşkan əlil uşaqlara könüllü olaraq işarə dili ilə Quran oxumağı, həmçinin Həzrəti Muhammədin (SAV) həyatını və dini bilikləri öyrədib.

İşarə dili ilə oxumağı öyrəndikdən sonra Qurani-Kərimi başdan sona qədər oxuyan eşitmə məhdudiyyətli 5 tələbə isə Türkiyənin dini komitəsi “Diyanət”in dəstəyi ilə ümrə ziyarətinə göndəriliblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ BDU-NUN 100 İLLİK YUBİLEY MEDALI VERİLİB

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə təhsil nazirinin müavini Firudin Qurbanovu qəbul edib. Təhsil naziri Ceyhun Bayramovun səmimi salamlarını...

Bağla