AZƏRBAYCAN SƏHİYYƏ NAZİRLİYİ KORONA VİRUSU İLƏ BAĞLI XƏBƏRDARLIQ EDİB

0

“Vətəndaşlar sosial şəbəkələrdə paylaşılanlara inanmasın”

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlarla əlaqədar vətəndaşlara müraciət edib.

Nazirliyin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, mütəxəssis olmayan şəxslər “WhatsApp”da cürbəcür səsli mesajlar paylaşırlar:

“Səhiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, İcbari Tibbi Sığorta Agentliyinin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) saytlarında, “facebook” səhifələrində insanlara koronavirusla bağlı hansı tədbirlərin görülməsi lazımdırsa, onlara tövsiyələr çatdırılır. Ona görə də vətəndaşlarımız gərək sosial şəbəkələrdə bu sahənin mütəxəssisi olmayanların paylaşdıqlarına inanmasınlar və rəsmi qurumların məlumatlarına istinad eləsinlər, onlara inansınlar”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ŞƏHİDLİK” ÖLÜMƏ GÜLMƏKDİR

Bəzi məfhumlar və dəyərlər vardır ki, insan oğlu onun həqiqətini dərk edə bilmir. Bəlkə bu dəyərlər barəsində əsər, hekayə, roman,...

Bağla