Öz hakimiyyəti dövründə nümayiş etdirdiyi ədalətli idarəetmə sistemi ilə adını tarixə qızıl hərflərlə yazdıran xəlifə Ömər ibni Abduləzizin Suriyada yerləşən türbəsi uçurulub. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. məlumatda bildirilir ki, Bəşər Əsədə sadiq rejim qüvvələri İdlib şəhərinin Maared Numan qəsəbəsinə hücum ediblər. Hücum vaxtı yaşayış massivində qətliam törədən qüvvələr, xəlifə Ömər ibni Abduləzizin Deyrşərqi kəndində olan trbəsinə də zərər veriblər.
Suriyanın rəsmi “Sana” agentliyi isə türbənin yıxıntılarını əks etdirən görüntüləri, “Terrorçuların qalıqları” anonsu ilə nümayiş etdiriblər.