Amerika Birləşmiş Ştatlarında (ABŞ) polis rəisliyinə təyin edilən türkiyəli müsəlman Qurani-Kərimə and içərək vəzifəsinin icrasına başlayıb.
İslamveirfan.com xəbər verir ki, hadisə ABŞ-ın Nyu Cersi əyalətinin Paterson şəhərində baş verib. Paterson şəhəri polis idarəsində 32 ildir fəaliyyət göstərən türk əslli İbrahim Mayk Baykora bu idarənin rəisi vəzifəsinə təyin edilib. Baykora müsəlmanların müqədəs kitabı Qurana and içərək vəzifəsinin icrasına başlayıb.
Andiçmə mərasimində Türkiyə diplomatik missiyasının nümayəndələri, Nyu York və Nyu Cersidə yaşayan Türk icmasının nümayəndələri, Paterson şəhər idarəsinin rəsmi şəxsləri və Baykoranın ailə üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Paterson bələdiyyə sədri Andre Sayer bunun, Amerikada tarixi bir addım olduğunu deyib.