Amerika Birləşmiş Ştatları (ABŞ) Hərbi Hava Qüvvətlərində dini inancların tələbi ilə saqqal saxlamaq və hicab geyinmək sərbəst edilib.
İslamveirfan.com xəbər verir ki, bu barədə Fransanın “euronews” agentliyi məlumat yayıb. məlumatda bildirilir ki, HHQ geyim və personal görüntüsünü tənzimləyən nizamnamədə edilən dəyişikliyə görə, “sadə və iddiasız” olmaq şərti ilə qurumda dini geyimlərə izn verilib.
ABŞ HHQ əvvəlki illərdə hərbçilərdən bəzisinin hicab geyinməsinə və saqqal saxlamasına izn vermişdi. Serjant Abdurrahman Qaytan, 2018-ci ildə ABŞ HHQ-də dini inancına görə saqqal saxlayan ilk müsəlman hərbçi olmuşdu. Həmçinin kapitan Maysaa Ouza da keçən il hicab geyinməsinə izn verilən ilk HHQ əməkdaşı olmuşdu.