FRANSADAN PİYADA YOLA DÜŞDÜLƏR: İSTİQAMƏT İSTANBUL, QÜDS VƏ MƏKKƏ

0

Səmavi dinlərin mənsubu olan fransalı 3 gənc, dinləri tərəfindən müqəddəs qəbul edilən şəhərlərə doğru piyada səyahət edirlər. 2019-cu il sentyabrın 20-də Parisdən başlayan bu səyahətdə müsəlmanın hədəfi Məkkə, xristianın hədəfi İstanbul, yəhudinin hədəfi isə Qüdsə getməkdir.

Səyahətləri müddətində 8 ölkədən keçən gənclərin artıq Türkiyənin Təkirdağ vilayətinə çatdıqları bildirilir.

Fransız müsəlman Samuel Kourkin Livan və Misirdən keçərək iyul ayında Məkkəyə çatmağı planlaşdırır.

“Allahın evinə doğru atılan hər addım savabdır. Allah yolunda, Onun dinini düzgün yaymaq üçün atılan bir addımın savabına heç nə çata bilməz. Həmçinin həyatlarımız və mənəviyyatlarımız üzərində düşünmək, orada yaşayan insanları və ölkələri tanımaq fürsəti əldə edirik. Səyahəti pulsuz həyata keçiririk. Mənim gündəlik kiçik büdcəm var. Amma Qüds yolçusu Tanguy ilə İstanbul yolçusu Gaytan pulsuz səyahət edirlər.” – deyə müsəlman Samuel bildirib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BMT-NİN BAŞ KATİBİ QURAN AYƏSİNDƏN MİSAL ÇƏKDİ

Birləşmiş Millətlə Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş öz çıxışında müqəddəs Quran kitabından nümunə verib. İslamveirfan.com-un xəbərinə görə, BMT rəsmisi...

Bağla