QMİ SƏDRİ SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ RƏSMİLƏRİLƏ GÖRÜŞƏCƏK

0

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Direktorlar Şurasının XXI sessiyasında iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfərdədir.

Dünən öz işinə başlayan sessiyada gündəlikdə duran məsələlər, o cümlədən, bu ilin oktyabrında  ayına Ər-Riyadda keçiriləcək Dinlərarası Foruma hazırlıq məsələləri müzakirə olunub.

Sessiyada çıxış edən Şeyxülislam A. Paşazadə Direktorlar Şurasının  üzvlərinə bu ilin payızında Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin (BCİC) Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək irimiqyaslı beynəlxalq dinlərarası əməkdaşlıq konfransı barədə geniş məlumat verib. Daha sonra QMİ sədri sessiya iştirakçılarının suallarını cavablandırıb.

Direktorlar Şurasının üzvləri faydal müzakirələr aparıb, təkliflərini veriblər.

Bu gün Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının rəsmiləri ilə bir sıra görüşlər  keçirəcək.

/qafqazislam.com/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏFƏR ƏDƏBİ

Bu dünyada, fiziki məhdudiyyəti olmayan hər bir insan ömrünün müxtəlif anlarında məcburi və yaxud da könüllü şəkildə səfərə, səyahətə və...

Bağla