PREZİDENT İLHAM ƏLIYEV TÜRKİYƏLİ HƏMKARINA BAŞSAĞLIĞI VERDİ

0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“VELOSİPEDLƏ DÜNYANI GƏZƏN ADAM”

15 fevral 1978-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində ziyalı ailəsində anadan olub. Yeddi ildir velosipedi ilə dünya üzündə səyahət edir....

Bağla