ABŞ-da Türk əhalinin sıx yaşadığı Nyu-Cersi əyalətinin Paterson şəhərində azanın səsgücləndirici ilə oxunmasına izn verildi. İslamveirfan xəbər verir ki, bununla əlaqədar şəhər bələdiyyəsinin daxili nizamnaməsində dəyişiklik edilib. Bu dəyişikliyə görə, səhər saat 06.00-dan gecə saat 22.00-yə dər, 16 ssatlıq vaxt ərzində azanı səsgücləndirici ilə oxumaq mümkün olacaq. Bundan başqa nizamnamədə azanın oxunması üçün 5 dəqiqəlik vaxt təyin edilib.
Qeyd edək ki, azanın səsgücləndirici ilə oxunması təklifi şəhər bələdiyyəsi məclisinin sədri Shahin Khalique tərəfindən irəli sürülərək qəbul edilib.
“Paterson Times” qəzetinin məlumatına görə bu şəhərdə 30 min müsəlman yaşayır.