QMİ KORONAVİRUSLA BAĞLI MƏSCİDLƏRƏ TAPŞIRIQ VERİB

0

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanda məscid və dini ibadətgahlara tapşırıqlar verib.

Bu barədə QMİ-nin sədr müavini Fuad Nurullayev məlumat verib.

O bildirib ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik tədbirlərin həyata keçirilməsi nəzərə alınaraq insanların camaat namazları ilə əlaqədar kütləvi şəkildə ibadət etməsi ilə bağlı məscid rəhbərlərinə və imamlara müvafiq göstərişlər verilib.

Sədr müavini məscidlərə gedən dindarlara müraciət edərək gigiyenik qaydalara riayət olunmasını tövsiyə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN XİN TÜRKİYƏYƏ BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Xarici İşlər Nazirliyi, çox sayda hərbçinin şəhid olması səbəbindən Türkiyə dövlətinə və xalqına “KardeşTürkiye” heşteqi ilə başsağlığı verib. İslamveirfan.com...

Bağla