QMİ ÜMRƏ ZİYARƏTLƏRİNİN DAYANDIRILMASINA MÜNASİBƏT BİLDİRİB

0

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərinin müvəqqəti olaraq dayandırılmasına münasibət bildirib.

İslamveirfan.com xəbər verir ki, bu barədə QMİ mətbuat mərkəzi məlumat yayıb.

Məlumata bildirilir:

“Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığı dünyada yayılmağa davam edən koronavirus təhlükəsini nəzərə alaraq ümrə ziyarətlərini müvəqqəti olaraq dayandırıb.

Qərarla əlaqədar Qafqaz Müsəlmanları İdarəsini Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri şəxsən məlumatlandırıb. Qafqaz Müsəlmanları İdarəsi məsələyə münasibət bildirərək, ilk növbədə zəvvarların sağlamlığını nəzərə alan həmin qərarı bəyəndiyini və tam dəstəklədiyini bəyan edib.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ KORONAVİRUSLA BAĞLI MƏSCİDLƏRƏ TAPŞIRIQ VERİB

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycanda məscid və dini ibadətgahlara tapşırıqlar...

Bağla