TÜRKİYƏ ORDUSUNDAN ƏSƏDƏ BÖYÜK ZƏRBƏ

0

Türkiyə Silahlı Qüvvətlərinin (TSK) Suriyanın İdlib şəhərində başlatdığı “Bahar qalxanı hərəatı” adlı hərbi əməliyyatlar davam edir. İslamveirfan.com-un yerli mətbuata istinadən verdiyi məlumata görə, ötən gün əməliyyat vaxtı TSK-nin 2 hərbçisi pusquya düşərək şəhid olub, daha 6 əsgər isə yaralanıb.  

Hərəkatın başladığı gündən bəri zərərsizləşdirilən düşmən sayı isə 3 138 nəfər olub. Habelə düşmənin 3 qırıcısı, 8 helikopteri, 3 PUA-sı, 151 tankı, 47 minomyotu, 8 havadan müdafiə sistemi məhv edilib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərəkatın uğurla davam etdiyini bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏŞHUR HAFİZ KEÇİRDİYİ QƏZADA VƏFAT ETDİ

Türkiyənin məşhur hafizi və mövlüdxanı, “Kocatepe” camisinin sabiq imamı İsmayıl Coşar paytaxt Ankarada keçirdiyi yol nəqliyyat qəzası nəticəsində dünyasını dəyişib....

Bağla