KORONAVİRUS SƏBƏBİLƏ KƏBƏNİ TAVAF ETMƏK YASAQLANDI

0

Məscidi-Həramda və Məscidi-Nəbəvidə koronavirus təhlükəsinə qarşı görülən tədbirlər çoxalaraq davam edir. İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Krallığının rəsmi SPA agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Məscidi-Harama və Məscidi-Nəbəviyə nəzarət edən dövlət komitəsinin qərarı ilə Kəbənin ətrafındakı təvaf məhəlli ilə Səfa və Mərvə arasındakı say məhəlli, ümrə qadağası davam etdiyi müddətdə bağlı olacaq, Məscidi-Haramda sadəcə namaz qılınmasına izn veriləcək. Həmçinin bu müddət ərzində Məscidi-Haramda olan etiqaf və zəmzəm suyu içilən məkanlar bağlı olacaq, məscid ərazisinə yemək və içki keçirilməsinə də icazə verilməyəcək.

Komitə rəsmiləri bu tədbirlər çərçivəsində Məscidi-Haram və Məscidi-Nəbəvinin işa və sübh namazları arasında bağlı olacağını, hər iki məscidin də işa namazından 1 saat sonra bağlanacağını və sübh namazından 1 saat əvvəl açılacağını bəyan edib.

Krallıq rəsmiləri ümrə qadağası müdətində Hz. Muhammədin (SAV) qəbrinin olduğu Ravzai-Şərifin və Bəqi qəbristanının bağlı olacağını bildiriblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yanvarın 27-də koronavirus təhlükəsi səbəbilə Ümrə və Məscidi-Nəbəvi ziyarətlərinin müvəqqəti olaraq dayandırıldığını açıqlamışdı.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PEYĞƏMBƏRİMİZ QİYAMƏT GÜNÜ ÜMMƏTİNİ NECƏ TANIYACAQ

Peyğəmbərimiz Muhamməd-Mustafa (SAV) səhabələri ilə birlikdə Bəqi qəbristanlığını ziyarət etdi. Orada, “Allahın salamı üzərinizə olsun ey möminlər diyarının sakinləri! İnşallah...

Bağla