Amerika Birləşmiş Ştatları (ABŞ) Kaliforniya əyalətinin Los Aneles şəhərində Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın İdlib şəhərində başlatdığı “Bahar Qalxanı Hərəkatı”na dəstək aksiyası keçirilib. İslamveirfan.com xəbər verir ki, aksiya TASC (Türk Amerika Millərləri İdarəetmə Komitəsi) və TURCA dərnəyinin təşkilatçılığı ilə keçirilib.
Aksiyada, türklər, suriyalılar və amerikalılar, habelə Türkiyənin Los Angelesdəki baş konsulu Can Oğuz, köməkçi konsul Kıvanç Kantoğlu, ticarət atteşesi Yavuz Mollahisaroğlu iştirak ediblər. Tədbirdə həmçinin“Suriya Amerika Şurası”nın (SAC) sədri Zaki Lababidi, “Amerikan İslami Münasibətlər Şurası”nın rəhbəri Hussam Ayloush, Suriyadakı vətəndaş müharibəsində zərər çəkmiş uşaqlara dəstək məqsədilə qurulan “Yanan Uşaqlar” fondunun başçısı Susan Baaj, “Orange Conty Cresent School” rəhbəri Əhməd Almutawa və “Al-Noor” məscidinin imamı iştirak edib.