Səudiyyə Ərəbistanı krallığında koronavirusə yoluxanları sayı çoxaldıqca bu epidemiyaya qarşı görülən tədbirlər də gücləndirilir. Bu tədbirlər çərçivəsində daha əvvəl başda Məscidi-Haram və Məscidi-Nəbəvi olmaqla bir çox ziyarət məkanı bağlanmışdı.
Son məlumata görə isə Məscidi-Haramın namaz vaxtlarının xaricində bağlı saxlanmasına qərar verilib. Bu çərçivədə namaz vaxtlarının xaricində heç kim Kəbəi-Şərifi ziyart edə bilmir, gecələri işa namazından sonra qapadılan Məscidi-Haram bir də sübh namazında açılır.
“Xaricdən ümrə qadağası davam etdiyi müddət ərzində Kəbəyi-Müşərrəf də namaz vaxtlarının xaricində qapalı olacaq. Namaz vaxtına bir saat qalmış açılacaq və namazdan sonra yenə bağlanacaq.” – deyə Səhiyyə Nazirliyi açıqlamasında bildirib.