Koronavirusla (covid-19) mübarizə tədbirləri çərçivəsində Azərbaycanda məscidlərdə vaxt namazlarının və cümə namazının camaatla qılınması müvəqqəti olaraq dayandırılıb. İslamveirfan.com xəbər verir ki, bu barədə dini idarədən ölkədəki bütün din xadimlərinə bildiriş göndərilib.
Məlumatda bildirilir ki, məscidlər gün ərzində açıq olacaq və mütəmadi olaraq dezinfeksiya ediləcək. Bu vaxt ərzində möminlər dəstəmazlarını evdə alaraq və səccadələrini gətirərək məscidlərdə namazlarını fərdi olaraq qıla bilərlər.
“Allah ölkəmizi və bütün dünyanı inşallah ən qısa zamanda bu bəladan qurtarsın. Amin.” – deyə din xadimlərinə göndərilən bəyanatda bildirilir.