ÜMUMDÜNYA MÜSƏLMAN ALİMLƏR ŞURASINDAN VİRUS FƏTVASI

0

 
“Ümumdünya Müsəlman Alimlər Şurası” koronavirusa (covid-19) qarşı mübarizə tədbirləri çərçivəsində cümə və məscidlərdə qılınan vaxt namazları barədə fətva verib. İslamveirfan.com xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Məlumatda bildirilir ki fətvada, virusa yoluxmuş şəxslərlə eyni yerdə olmanın və onlarla təmasda olmanın xəstəliyin keçməsinə səbəb olduğu, ictimai yerlərin virusun yoluxması üçün əlverişli yerlər olduğu qeyd edilib. Həmçinin fətvada, virusun yayıldığı hər hansı bir ölkədə xəstəlik nəzarətə götürülənə qədər cümə və camaatla vaxt namazları qılınmasının dayandırılmasının labüd olduğu vurğulanıb.  

Fətvada, “(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.” Ayəsi xatırladılaraq bunun mənasının, insan nəslinin tükənməsinin qarşısını almaq olduğu bildirilir. Fətvada həmçinin, Hz. Muhammədin (SAV), Nə zərər verin, nə də zərərə məruz qalın!” hədisi-şərifinə diqqət cəlb edilərək bir insanın özünə və başqa birinə zərərə səbəb hadisələrdən uzaq olmasının əhəmiyyəti qeyd edilib.    

Bu çərçivədə fətvada, virusun yoluxma ehtimalına qarşı, cümə və vaxt namazlarının dini baxımdan camaatla qılınmasının vacib olmadığı və hətta caiz olmadığı bildirilib.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA MƏSCİDLƏRDƏ İBADƏT MÜVƏQQƏTİ DAYANDIRILDI

Koronavirusla (covid-19) mübarizə tədbirləri çərçivəsində Azərbaycanda məscidlərdə vaxt namazlarının və cümə namazının camaatla qılınması müvəqqəti olaraq dayandırılıb. İslamveirfan.com xəbər verir...

Bağla