AZƏRBAYCANDA MƏSCİDLƏRƏ GİRİŞ MƏHDUDLAŞDIRILDI

0

Hal-hazırda dünyada koronavirusun təmaslar vasitəsilə yayıldığı və yoluxduğu insanın həyatı üçün təhlükə yaratdığı nəzərə alınaraq Azərbaycanda məscid, ziyarətgah və s. dinlərin məbədlərinə giriş məhdudlaşdırılıb. İslamveirfan.com xəbər verir ki, bu barədə Şeyxulislam Hacı Allahşükür Paşazadəninn sosisl şəbəkədəki rəsmi səhifəsində bəyanat yayılıb.

Bəyanatda deyilir:

“Əziz qardaş və bacılar!

Hal-hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronovirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratdığını və bununla əlaqədar ölkə ərazisində bütün kütləvi tədbirlərin ləğv olunduğunu nəzərə alaraq, eyni zamanda, təxirəsalınmaz sanitar-epidemioloji tədbirlər görülməsi məqsədilə məscid, kilsə, sinaqoq və ziyarətgahlarda ibadətlər müvəqqəti olaraq dayandırılır.

Bu qərar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası, səlahiyyətli nümayəndələrinin və ölkəmizdəki dini konfessiya rəhbərlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının müzakirəsinə olunduğu 17 mart 2020-ci il tarixli birgə iclasında qəbul olunmuşdur.

Dindarlardan bu qərara əməl etmələri tələb olunur.”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSLAMA GÖRƏ YOLUXUCU XƏSTƏLİKLƏRDƏN QORUNMAQ YOLLARI

Dinimizə görə koronavirus kimi yoluxucu xəstəliklər qarşısına nə etməliyik? Yoluxucu xəstəliklər barədə peyğəmbər (SAV) hədisləri varmı? Yoluxucu xəstəliklərdən xilas olmaq...

Bağla