Koronavirusla mübarizə tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanında, Məscidi-Haram və Məscidi-Nəbəvi istisna olmaqla bütün məscidlərdə cümə və vaxt namazlarının qılınması dayandırılıb. İslamveirfan.com xəbər verir ki, bu barədə krallığın rəsmi SPA agentliyi məlumat yayıb.
Məlumatda, kütləvi yerlərin virusun yayılması üçün əlverişli olması səbəbindən belə bir qərarın qəbul edildiyi bildirilir. Bu qərar istiqamətində məscidlərdə azanın oxunacağı və möminlərin namazlarını evdə qılmaları üçün xəbərdarlıq səsləndiriləcəyi qeyd edilib.
Qeyd edək ki, krallığın Səhiyyə Nazirliyi ən son açıqlamasında ölkədə 133 nəfərin koronavirusa yoluxduğunu, onlardan 6 nəfərin sağaldığını bildirmişdi.