KƏBƏDƏ VƏ RAVZADA DA NAMAZ YASAQLANDI

0
Koronavirusla (kovid-19) mübarizə tədbirləri çərçivəsində Məscidi-Haramda və Məscidi-Nəbəvidə də namaz qılmaq yasaqlandı. İslamveirfan.com xəbər verir ki, bu barədə “Harameyn” idarəsinin məruzəçisi Hani Heydər açıqlama verib.
Səhiyyə və təhlükəsizlik rəsmilərinin koronavirusdan qorunmaq üçün bəzi tədbirlər gördüyünü, bu çərçivədə Məscidi-Haram və Məscidi-Nəbəvi ziyarətlərinin və bu yerlərdə namaz qılmanın yasaqlandığını bildirib. İdarə rəsmisi hər kəsdən bu qadağaya riayət etməyi tələb edib.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusla mübarizə tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanında, Məscidi-Haram və Məscidi-Nəbəvi istisna olmaqla bütün məscidlərdə ibadət etmək yasaqlanmışdı.  
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏDƏ VƏ RAVZADA NAMAZLAR QILINACAQ

Koronavirusla mübarizə tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanında, Məscidi-Haram və Məscidi-Nəbəvi istisna olmaqla bütün məscidlərdə cümə və vaxt namazlarının qılınması dayandırılıb. İslamveirfan.com...

Bağla