AYASOFİYA MƏSCİDİNDƏ AZAN VƏ FƏTH SURƏSİ OXUNDU (VİDEO)

0

Türkiyənin İstanbul şəhərində yerləşən, 1 500 illik tarixi olan Ayasofiya məscidində heç bir səsgücləndirici vasitə olmadan azan və Fəth surəsi oxunub. İslamveirfan.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, musiqişünas Emre Yücelen həyata keçirdiyi səs yazısı ilə məbədin akustikasını test edib.

Ayasofiyanın direktoru Hayrullah Cengizin xüsusi izni ilə gerçəkləşdirilən test çalışmaları video kamera ilə qeyd edilib və bu prosesin təmiz olması üçün məbədin içində heç kim olmayıb.

Ümumilikdə 8 kamera və səs cihazının müşayiəti ilə gerçəkləşdirilən çəkiliş vaxtı Ayasofiyada səsin akustikası yoxlanıb.

Test vaxtı Ayasofiya məscidinin imamı Önder Soy və məscidin müəzzini Ahmet Toraman böyük günbəzin altında duet azan oxuyublar. Həmçinin məsciddə müəzzin yerində “Səba” məqamı üzərində azan, habelə mehrabdan Fəth və Nəsr surəsi oxunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
500 İLDƏN SONRA İSPANİYADAN AZAN SƏSLƏRİ YÜKSƏLDİ (VİDEO)

İspaniyada koronovirusla mübarizə edən həkimlərə dəstək vermək məqsədilə bu ölkədə yaşayan müsəlmanlar azan oxumaq kampaniyası başladıb. Sosial şəbəkələrdə Madrid, Qranada,...

Bağla