Sosial şəbəkələrdə Müqəddəs Məkkə şəhərində 1885-ci ildə baş tutmuş Quran tilavətinin səs yazısı yayılıb. Məlumata görə hollandiyalı tədqiqatçı Kristian Snuk Hurqrone həmin ildə Məkkədə səfərdə olarkən şəhərin şəkillərini çəkib və səs yazma cihazı ilə Düha surəsinin tilavətini qeydə alıb. Daha sonra tədqiqatçının yazdığı səs yazısı və fotoların müşayiəti ilə video-çarx hazırlanıb. Bu videoyazının Dubayda “Empty Quarter” adlı qalareyada saxlanıldığı bildirilir.