AVSTRİYA KANALINDA İLK DƏFƏ İSLAMİ VERİLİŞ

0

Koronavirusla mübarizə çərçivəsində məscid və ibadətxanaların bağlanması ilə “Avstriya Radio və Televiziyası”nda (ORF) ilk dəfə müsəlmanlar üçün dini proqram yayınlanıb. ORF-nin 65 illik yayın həyatında ilk olan verilişdə virusla mübarizə ilə yanaşı İslam dinində yardımlaşmanın və həmrəyliyin əhəmiyyətindən danışılıb.

Proqramı hazırlayan və aparıcılıq edən din xadimi Ramazan Dəmir, bu imkanı yaratdığı üçün kanal rəhbərliyinə təşəkkürünü bildirib. Qlobal epidemiya səbəbindən insanlarda mənəvi çöküş başladığını deyən Dəmir, ölkədəki 800 minlik müsəlman etniklə yanaşı ölkə ictimaiyyətinə da müraciət etdiyini qeyd edib. Din xadimi proqramda din, dil və irq ayrı-seçkiliyi olmadan birlik və bərabərlik ruhuyla xəstəliyin öhdəsindən gələ biləcəklərini vurğulayıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
1885-Cİ İLƏ AİD MƏKKƏDƏ QURAN TİLAVƏTİ (VİDEO)

Sosial şəbəkələrdə Müqəddəs Məkkə şəhərində 1885-ci ildə baş tutmuş Quran tilavətinin səs yazısı yayılıb. Məlumata görə hollandiyalı tədqiqatçı Kristian Snuk...

Bağla