Dünya futbol ulduzu, Yuventusun oyunçusu və Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo karantin rejimində Quran oxumağa başlayıb. Bu barədə ulduz futbolçu özü açıqlama yayıb. bir müddət əvvəl iflic olaraq xəstəxanaya düşən anasını xəstəxandan çıxardığını deyən ulduz futbolçu, evdə qaldığı zamanlarda kitab oxuduğunu açıqlayıb.
“Karantində ikən insan öz-özüylə tək qalır və mən bu müddətdə çox kitab oxudum. Çox düşündüm. İndi də Qurani-Kərim oxuyuram.”
Anası evə qayıtdığı üçün çox şad olduğunu bildirən Ronaldo, “Ananıza və sevdiklərinizə yaxşı baxın.” – deyib.
Xatırladaq ki, bütün dünyanı öz təsiri altına alan covid-19 virusu səbəbindən əksər ölkələrdə karantin rejimi tətbiq olunur.