“Koronovirusla mübarizə aparmaq üçün başda həkimlər olmaqla zəhmət çəkən insanlar bu yolda dünyalarını dəyişsələr, hesab edirəm ki, onlar şəhiddir.” İslamveirfan.com xəbər verir ki, bu sözləri Bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə deyib. QMİ sədrinin fikirləri sosial şəbəkədəki rəsmi səhifəsində paylaşılıb.
“Deyərdim ki, həkimlər bu gün sərhəddədirlər, düşmənlə vuruşurlar. Koronavirusun qarşısını almaq üçün hansı insanlar zəhmət çəkirlərsə, başda həkimlər olmaqla, əgər dünyasını dəyişirsə, mən elə hesab edirəm ki, şəhiddirlər. Onlar bizim üçün canlarını qurban verirlər. Həkimlərin qədrini bilməliyik.” – deyə Şeyxulislam Hacı Allahşükür Paşazadə bildirib.