PREZİDENTDƏN MRACİƏT: TÖVBƏ NAMAZI QILIN (VİDEO)

0

Pakistanın prezidenti Arif Alvi İslam Şurası ilə keçirdiyi görüşdən sonra koronovirus təhlükəsinə görə ölkə əhalisinə müraciət edib. İslamveirfan.com xəbər verir ki, prezident Alvi müraciətidə, pandemiyanın başa çatması üçün xalqı 2 rəkat tövbə namazı qılaraq dua etməyə dəvət edib. Çətin günlərdən keçdiklərini deyən Arif Alvi, dua edərək Allahdan kömək istənməsi ilə dünyanın və bəşəriyyətin bu fəlakətdən xilas olacağını bildirib.

Bundan sonra Pakistan prezidenti Prezident İqamətgahında məhdud sayda insanın iştirakı ilə cümə namazı qılıb. Cümə namazından sonra Arif Alvi digər siyasətçilərin də müşayiəti ilə iqamətgahın həyətində tövbə namazı qılıb.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZANDA CAMAATLA TƏRAVİH NAMAZI QILINMAYACAQ

Səudiyyə Ərəbistanı Krallığı ərazisindəki məscidlərdə, ramazan ayına aid ibadət olan təravih namazı qılınmayacaq. Bu barədə İslami Məsələlər Nazirliyinin müşaviri Muhamməd...

Bağla