RAMAZAN NƏ VAXT BAŞLAYIR?

0

Müqəddəs ramazan ayı aprelin 25-də, gələn həftənin şənbə günü başlayır. İslamveirfan.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytında yerləşdirilən namaz təqvimində göstərilib.

Təqvimə əsasən müsəlmanlar ilk təravih namazlarını 24 aprel cümə günü işa namazından sonra qılacaq, həmin gecə də obaşa oyanacaqlar.

İlk gün Bakıda imsaq 04.15-də başlayacaq, ilk iftar isə saat 19.44-də olacaq.

Qeyd edək ki, QMİ Qazılar Şurasının bu barədə ayrıca fətva verəcəyi də gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KORONOVİRUSDAN ÖLƏNLƏRİN DƏFN XƏRCLƏRİNİ DÖVLƏT ÖDƏYİR 

"Koronavirusdan vəfat edən şəxslərin dəfn xərci dövlət hesabına ödənilir". Məlumata görə, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. TƏBİB-in...

Bağla